İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Viqo təmsilçisinin rəsmi saytı yayıb.
O, 2022/2023 mövsümünün sonuna qədər icarə əsasında "Əl-Şabab"ın formasını geyinəcək.
Xatırladaq ki, Mina 2017-ci ildə baş verən zorlamaya görə 4 il həbs cəzasına məhkum edilib. Apellyasiya şikayəti verən oyunçunun günahsız olduğu sübuta yetirilməsə, o, dəmir barmaqlıqlar arasına göndəriləcək.
Nihat