Dörd idmançımız dünya çempionatında mübarizəyə başlayır

Dörd idmançımız dünya çempionatında mübarizəyə başlayır

Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, martın 27-dək davam edəcək mundialda Azərbaycanı 4 idmançı təmsil edəcək. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların fərdi mübarizəsinə qatılacaq. Buz üzərində rəqslərdə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti çıxış edəcək. 

Mübarizəyə ilk olaraq Ryabova qoşulacaq. O, bu gün qısa proqramda məharətini nümayiş etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər