Dörd cüdoçumuz Avropa Kubokunda yarışır

Dörd cüdoçumuz Avropa Kubokunda yarışır

Bu gün Polşanın paytaxtı Varşavada Azərbaycanın qadınlardan ibarət komandasının iştirakı ilə cüdo üzrə Avropa Açıq Kuboku start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk gündə dörd idmançımız çıxış edəcək.

Ramilə Əliyeva (48 kq) polşalı Nadya Alvaqedi ilə görüşəcək.

Zeynəb Məmmədova (52 kq) Saltanat Sultanbekova (Qazaxıstan) ilə qarşılaşacaq.

Nərgiz Hacıyeva (63 kq) Şarlotta Von Leupold (Almaniya) ilə mübarizə aparacaq.

Diana Şoranova (63 kq) isə Anna Boyko (Ukrayna) ilə döyüşəcək.

Qeyd edək ki, ölkəmiz iki gün davam edəcək yarışda 6 idmançı ilə təmsil olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər