Draksler Qətərə yollandı

Draksler Qətərə yollandı

PSJ-nin futbolçusu Yulian Draksler karyerasını Qətərdə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Qətərin paytaxtı Dohada olan almaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, PSJ ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Benfika"da oynayıb. O, 2017-ci ildən PSJ-də çıxış edir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər