Alman klubu hücum xəttini gücləndirir

Alman klubu hücum xəttini gücləndirir
Almaniyanın "Borussiya" (Dortmund) və Niderlandin PSV klubları Donyel Malenin (Donyell Malen) transferi barədə razılığa gəliblər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış idman jurnalisti Nikolo Skira "Twitter" səhifəsi yazıb. 
 
Holland hücumçunun transfer məbləği 30 milyon avro təşkil edəcək. Bundesliqa klubu Donyel ilə müddəti 2026-cı ilə qədər davam edəcək müqavilə bağlamağı planlaşdırır. 
Qeyd edək  ki, 22 yaşlı Malen 2018-ci ildən PSV-də çıxış edir. Ötən mövsüm 45 oyunda meydana çıxan hücumçu 27 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. AVRO-2020-də isə Niderland millisində dörd oyun keçirib. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər