Braziliya Futbol Konfederasiyasının millinin baş məşqçisi Dorival Junior ilə bağlı mövqeyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yerli futbol qurumu çalışdırıcı ilə əməkdaşlığı dayandırmayacaq.
Bu barədə ESPN məlumat yayıb. Mənbənin məlumatına görə, "sambaçılar"ın Amerika Kuboku-2024-ün 1/4 final mərhələsində Uruqvaya uduzaraq turniri tərk etməsinə baxmayaraq, Dorival vəzifəsində qalacaq.
Xatırladaq ki, Braziliya və Uruqvay milliləri arasında görüşün əsas və əlavə vaxtı 0:0 hesablı heç-heçə bitib, penaltilər seriyasında isə "Selest" 4:2 hesabı ilə qalib gəlib.
Mirağa