Donni van de Bek MY-ni İspaniya klubuna dəyişir - Tərəflər razılığa gəldi

Donni van de Bek MY-ni İspaniya klubuna dəyişir - Tərəflər razılığa gəldi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek iş yerini dəyişmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, niderlandlı futbolçuya elçi düşən "Real Sosyedad" onu sıralarına cəlb etməyə yaxındır. Mənbə artıq tərəflərin razılığa gəldiyini vurğulayıb. 

26 yaşlı Van de Bek MY-yə 2020-ci ildə "Ayaks"dan transfer olunub. Ötən mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 10 matça çıxan Donni məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər