Donnarumma İspaniyaya məğlubiyyət haqda nə dedi?

Donnarumma İspaniyaya məğlubiyyət haqda nə dedi?

İtaliya millisinin qapıçısı Canluici Donnarumma Avropa çempionatının 2-ci turunda İspaniya seçməsindən aldıqları məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, PSJ-nin qolkiperinin dediklərini tanınmış jurnalist Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Biz birlikdə qalib gəlir və məğlub oluruq. Komanda bacardığını etsə də, oyunu ələ ala bilmədik. Çox sayda sadə səhvlərə yol verdik. İspaniyanın öz oyununu sərgiləməsinə mane olmağı bacarmasanız, onlar sizi  pərişan edəcəklər. İndi Xorvatiyaya qarşı oynamalıyıq".

Xatırladaq ki, sözügedən matçın 55-ci dəqiqəsində İtaliya seçməsinin müdafiəçisi Rikkardo Kalafyori topu öz qapısından keçirib. Oyunda başqa qol vurulmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər