Donnarumma İngiltərə nəhənginə keçdi - RƏSMİ

Donnarumma İngiltərə nəhənginə keçdi - RƏSMİ

"Mançester Siti" PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarummanı heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə nəhənginin mətbuat xidməti yayıb.

Ulduz futbolçu müddəti 2030-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qolkiperin keçidinin hansı məbləğə başa gəldiyi rəsmən açıqlanmasa da, müxtəlif mənbələr "şəhərlilər"in Fransa nəhənginə təxminən 35-39 milyon avro ödədiklərini vurğulayıblar. Tanınmış insayder Fabritsio Romano isə "çərçivə" qoruyucusunun hər mövsüm üçün 15 milyon avro maaş alacağını bildirib.

Donnarumma İngiltərə nəhənginə keçdi - RƏSMİ

Xatırladaq ki, sözügedən qolkiper ötən mövsüm PSJ forması ilə bütün turnirlərdə 47 matça çıxıb. Canluici bu qarşılaşmalardan 17-də qapısını toxunulmaz saxlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər