Donetsk "Şaxtyor"unun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az Ukrayna klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu, xorvatiyalı İqor Yoviçeviçdir.
48 yaşlı mütəxəssis 2 illik müqaviləyə imza atıb. Yoviçeviç "Şaxtyor"un 35-ci baş məşqçisi olub.
Qeyd edək ki, bir müddət öncə 2021-ci ilin mayından Donetsk təmsilçisini çalışdıran 43 yaşlı italiyalı - Roberto De Dzerbi postunu tərk etmişdi.
Nihat