Donetsk "Şaxtyor"u bu yay əsas heyətlə bağlı ciddi dəyişikliklərə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Rusiya-Ukrayna müharibəsinin sona çatacağı gözlənilmədiyinə görə "şaxtaçılar" yayda bütün oyunçularını satmaq niyyətindədir.
Daha öncə müharibə səbəbindən Junior Moraes, Maykon, Vitao, Tete, Vinisius Tobias, Boqdan Vyunnik və Alan Patrik "Şaxtyor"un düşərgəsini tərk edib.
Bir gün əvvəl “Şaxtyor”un baş direktoru Sergey Palkin bildirib ki, indi klubun gələcəyi barədə danışmağın mənası yoxdur və atılan bütün addımlar əlacsızlıqdandır.
Emin