"Yuri Syomin Rusiya futbolunda rəmzi bir simadı. Onun şəxsiyyətinə maraq tamamilə məntiqlidi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syominin meneceri Dmitri Selyuk deyib.
Rusiya mətuabı Syominin "Spartak"dan təklif aldığını iddia edib. "İzvestiya" qəzetinə açıqlama verən menecer isə mütəxəssisin vətənə dönməklə bağlı planlarının olduğunu bildirib: "Həm “Qəbələ” və həm də digər klublardakı işi ilə Syomin sübut edib ki, onun yüksək məşqçilik səviyyəsi şübhəyə əsas vermir. Onun gedişindən sonra Kiyev “Dinamo”sunun Çempionlar Liqasına düşə bilməməsi təsadüfü deyil. Syominin Rusiyaya qayıtmaq planı var. Hər halda, ona uzun müddət ailəsindən uzaqda qalmaq çətindi. Demək istəyirəm ki, Rusiyada ona olan marağa bəraət qazandırıram. Ancaq onun qayıdışının və məhz hansı kluba qayıdışının nə vaxt baş verəcəyini qabaqcadan təxmin etmək, bu mərhələdə çətindi".
Selyuk bildirib ki, müştərisinin "Qəbələ"dəki taleyinə mövsümün sonunda aydınlıq gələcək: "Mövsümün sonunda Syominin "Qəbələ" ilə müqaviləsi başa çatır. Ancaq razılaşma şərtləri müqaviləni daha bir il müddətinə uzatmağa imkan verir. Hər şey tərəflərin istəyindən asılı olacaq. Syomini klubda hər şey qane edir. Ancaq çoxlu nüanslar da var. Azərbaycan Kubokunun final oyunundan sonra “Qəbələ” klub rəhbərliyi ilə söhbət olacaq və bu məsələ həllini tapacaq".
Fanat.az