Dmitri Nazarov:"Almaniya ilə oyun xüsusidi"

Dmitri Nazarov:"Almaniya ilə oyun xüsusidi"

“Almaniya ilə oyunda inanılmaz ab-hava olacaq. Əminəm ki, stadionda boş oturacaq qalmayacaq”. Fanat.Az xəbər verir ki, bu sözlər millimizin “milliləşdirilmiş” üzvü Dmitri Nazarova məxsusdu.

 

II Bundesliqa təmsilçisi “Aue”də oynayan yarımmüdafiəçi Almaniya mətbuatına danışıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da baş tutacaq oyuna xüsusi yanaşdığını vurğulayıb:

 

“ Bizim üçün bundan maraqlı, bundan yaxşı oyun ola bilər ki… Lövün sərəncamında bəlkə də dünyanın ən güclü “11-liy”i var. Almanlar istənilən matçda sabit futbol sərgiləyirlər. Mənim üçün budestimlə oyun xüsusi əhəmiyyət daşıyır. Bütün rəqiblərə qarşı oynamaq lazımdı. Futbolda hər şey mümkündü. Ümid edirəm, Robert Prosineçki mənə də şans verəcək. Baş məşqçiylə müntəzəm əlaqə saxlayırıq”.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı “Tofiq Bəhramov”da reallaşacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər