"Atletiko Madrid"dən ayrılan tanınmış futbolçu Diyeqo Kosta "Beşiktaş" klubuna keçməyə çox yaxındır.
Fanat.Az "Hürriyet"ə istinadən xəbər verir ki, braziliya əsilli ispan futbolçunun meneceri Dino Pasalik ötən gün dostu Əhmət Özkaya ilə Antalyaya yollanıb.
Türkiyə mətbuatına danışan Pasalik bildirib ki, Kosta bir çox klubdan təklif alsa da, Türkiyədə çıxış etmək niyyətindədir:
"O, türk azarkeşlərin futbol həyəcanından xəbərdardır. "Beşiktaş"da Pepe, Quti, Kuarejma kimi futbolçuların oynadığını da bilir. Azarkeş həyəcanı üçün darıxıb və Çempionlar Liqasında oynamaq istəyir. Şərtlərimizi "Beşiktaş"a çatdırdıq. Gözləyirik".
Türk jurnalist Güntəkin Onayın fikrincə isə Türkiyədə karyera Kosta üçün yeni bir səhifə ola bilər:
"Son zamanlar itirdiyi həyəcanı "Beşiktaş"da təkrar yaxalaya bilər. Kosta ara-sıra rəqib oyunçular və hakimlərlə insident yaşayan aqressiv futbolçudur. Amma Türkiyə Superliqasına uyğun hücumçudur".
Röya