Diniyevin komandasında yeni baş məşqçi

Diniyevin komandasında yeni baş məşqçi

Türkiyənin “Ümraniyəspor” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Coşqun Diniyevin komandasını bundan sonra Mustafa Gürsel çalışdıracaq.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Mustafa Er istefaya göndərilib. Əvəzində 48 yaşlı Gürsel ilə müddəti açıqlanmayan müqavilə imzalanıb.

TFF 1-ci Liqada 4 turdan sonra cəmi 2 xal toplamış “Ümraniyəspor” 17-ci pillədə qərarlaşıb. Diniyev bu yay keçdiyi “Ümraniyəspor”da 4 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər