Diniyev Türkiyədə hakimlərdən narazı qaldı

Diniyev Türkiyədə hakimlərdən narazı qaldı
"Meydana əsas heyətlə çıxmışdıq. İlk iki oyundan sonra ilk "11-liy"in üzvlərinin 90 faizini müəyyənləşdirmişdim. Startdan meydana çıxanlar göstərdilər ki, onlar ilk dəqiqələrdən oynamağa layiqdilər". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Türkiyədə "Kocaeli Birlikspor"u 2:1 hesabı ilə yenən "Kəpəz"in baş məşqçisi hakimlikdən narazı qalıb: "Bərbad hakimlikdən danışmaq istəmirəm. Komandanın 90 dəqiqə vuruşduğunu söyləyə bilərəm. İstədiyim şeylərin cizgilərini gördüm. Düzdü, səhvlərimiz də çoxdu. Ancaq hücum qurmaqda oyundan oyuna artırırıq. Müdafiənin etibarlı oynaması da məni sevindirir. Təlim-məşq toplanışında bütün futbolçulara şans verdik və mənə elə gəlir ki, onlar sınaqdan üzüağ çıxdılar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər