Diniyev Azərbaycanı tərk edəcək - Bu iki ölkədən birində oynaya bilər

Diniyev Azərbaycanı tərk edəcək - Bu iki ölkədən birində oynaya bilər

"Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev klubunu dəyişir. 

Fanat.Az-ın əldə etydiyi məlumata görə, "qartallar"la müqaviləsinin müddəti başa çatan 27 yaşlı oyunçu karyerasını ölkə xaricində davam etdirə bilər. 

Coşqun iki ölkədən - Yunanıstan və Türkiyədən dəvət alıb. O, qarşıdakı iki həftə ərzində Azərbaycanı tərk edərək xidmətində maraqlı olan klubların düşərgələrinə baş çəkəcək. Hər şey yolunda getsə, Diniyev əcnəbi klublardan biri ilə münasibətlərini rəsmiləşdirəcək. İstedadlı yarımmüdafiəçi Azərbaycan təmsilçiləri ilə danışığa "B variantı" kimi baxır. 

Qeyd edək ki, Coşqun Diniyev iki ildir "Zirə"də çıxış edirdi.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər