Futbol üzrə Xorvatiya çempionatının qalibi vaxtından əvvəl bəlli olub.
Fanat.Az xəbər verir ki, XXXIII turda "Riyeka”nı 5:1 hesabıyla məğlub edən "Dinamo” 78 xalla sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bununla da "Dinamo” klub tarixində 22-ci dəfə qızıl medalların sahibi olub.
Qeyd edək ki, Zaqreb təmsilçisi ən yaxın izləyicisi "Osiyek”i 10 xal qabaqlayır.
Fanat.Az