Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisi 6-cı turun görüşləri çərçivəsində doğma meydanda "Osiyek"i qəbul edib.
Görüş "Dinamo"nun 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli bu oyunda ehtiyatda qalıb.
Qeyd edək ki, 6 oyundan sonra 16 xal toplayan "Dinamo" Xorvatiya çempionatının vahid lideridir.