Millimizin futbolçusu Mahir Emrelinin klubu "Dinamo Zaqreb" martın 12-də səfərdə "Hayduk"un qonağı olacaq.
Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç I Liqa oyunundan öncə keçirilən mətbuat konfransında çıxış edib.
45 yaşlı mütəxəssis Emreli barədə də danışıb: "Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm. Bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır. Amma mənim üçün hər bir futbolçu eynidir".
Qeyd edək ki, "Hayduk" - "Dinamo Zaqreb" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.