Bu gün Azrbaycan millisinin də üzvü olan Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" Xorvatiya çempionatının 3-cü turu çərçivəsində "İstra" kollektivi ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyun "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 4:1.
Həmin oyunda Zaqreb "Dinamo"sunun sonuncu qolunu meydana sonradan daxil olan həmyerlimiz Mahir Emreli (88-ci dəq.) vurub.
Hazırda Xorvatiya çempionatının turnir cədvəlində "Dinamo Zaqreb" 9 xalla ilk pillədə qərarlaşıb.
Emin