"Dinamo Zaqreb" Mahirə görə hücumçularından biri ilə vidalaşdı

"Dinamo Zaqreb" Mahirə görə hücumçularından biri ilə vidalaşdı

Xorvatiyanın "Dinamo Zaqreb" klubu Azərbaycan millisinin üzvü Mahir Emrelini transfer etdikdən sonra hücumçularından biri ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, Duye Çop Sloveniyanın "Kelye" klubuna keçib.

32 yaşlı xorvatiyalı hücumçu yaya qədər Sloveniya klubunda icarə əsasında çıxış edəcək. O, bu mövsüm "Dinamo"nun heyətində 8 matça çıxaraq bir qol vurub.

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər