"Dinamo Zaqreb" Mahir Emrelinin posteri ilə azarkeşləri oyuna səslədi

"Dinamo Zaqreb" Mahir Emrelinin posteri ilə azarkeşləri oyuna səslədi

Bu gün Xorvatiya çempionatında növbəti matça çıxacaq "Dinamo Zaqreb" "Lokomotiva" ilə oyunun afişasına Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şəklini yerləşdirib. Fanat.Az xəbər verir ki, oyunun posteri klubun saytında təqdim olunub. Azərbaycanlı izləyicilər "Legiya" kimi, "Dinamo Zaqreb"in də bu yolla klubun sosial şəbəkə hesabında "layk" toplamağa çalışdığını qeyd ediblər.  

Qeyd edək ki, Maksimir stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:05-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər