"Dinamo Zaqreb" azarkeşlərindən nasist salamı - İsrail səfiri kəskin reaksiya verdi

"Dinamo Zaqreb" azarkeşlərindən nasist salamı - İsrail səfiri kəskin reaksiya verdi

Çempionlar Liqasının 2-ci turunda "Milan"a uduzan (1:2) "Dinamo Zaqreb"in azarkeşləri qınağa tuş gəlib. 

Fanat.Az xəbər verir ki, yığmamızın üzvü Mahir Emrelinin də çıxış etdiyi komandanın fanatları İtaliyadakı davranışları ilə hətta diplomatik qalmaqala səbəb olublar. 

“Bad Blue Boys" fanklubunun yüzlərlə üzvü Milanda yürüş keçiriblər və bu zaman sağ əllərini qaldıraraq nasist salamı veriblər. Bu video "Twitter"də yayımlanıb. Görüntüləri bu günlərdə diplomatik vəzifəsi ilə vidalaşan İsrailin Xorvatiyadakı səfiri İlan Mor da sosial şəbəkə hesabından paylaşıb. O, sözügedən videoya belə şərh yazıb: "Dəhşətli və tamamilə qəbuledilməzdir! Bu, futbolun təmsil etdiyi dəyərlərə tamamilə ziddir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər