"Dinamo Zaqreb" "Arsenal"ı darmadağın etdi, Mahir Emreli isə...

"Dinamo Zaqreb" "Arsenal"ı darmadağın etdi, Mahir Emreli isə...

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, Xorvatiya çempionu "Maksimir" stadionunda Monteneqronun "Arsenal Tivat" kollektivini qonaq edib.

"Dinamo" rəqibini 5:1 hesabıyla darmadağın edib. Mahir görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, Mahirin Emrelinin komandası iyulun 9-da Xorvatiya Superkubokunda "Riyeka" ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər