“Dinamo” yenə Mahirsiz qələbə qazandı

“Dinamo” yenə Mahirsiz qələbə qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

Zaqreb təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibinə 2:0 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Dinamo" hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər