"Dinamo" "Şaxtyor"u "qızıl dubl"la haqladı

"Dinamo" "Şaxtyor"u "qızıl dubl"la haqladı
Ukrayna Kubokunda final oynanılıb.
 
Fanat.Az xəbər verir ki, həlledici oyunda Kiyev "Dinamo”su ilə "Zarya” komandaları qarşılaşıb.
 
Matçın əsas vaxtında qol olmadığı üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə rəqib qapısına yol tapan "Dinamo” 1:0 hesablı qələbəyə sevinib. Kiyevlilərin tək qolunu Viktor Tsiqankov vurub. O, 105+2-ci dəqiqədə penaltini də boşa verib.
 
Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Kiyev "Dinamo”su bununla "qızıl dubl”a imza atıb. Paytaxt təmsilçisi tarixində 13-cü dəfə Ukrayna Kubokunun qalibi olub. Paytaxt təmsilçisi bu uğur nəticəsində həm də eyni sayda kubok qazanmış əzəli rəqibinə - Donetsk "Şaxtyor”una çatıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər