"Dinamo"nun hücumçusu Erik Ramires Kiyev klubunun düşərgəsinə gəlməkdən imtina etdiyi üçün cərimələnəcək.
Fanat.Az xəbər verir ki, bu haqda tanınmış jurnalist İqor Tsıqanik özünün “Tsiganik LIVE” verilişində deyib.
23 yaşlı hücumçu Venesuela millisi ilə DÇ-2022-nin seçmə mərhələsinə hazırlaşmağa qərar verib və "Dinamo"nun İspaniyadakı təlim-məşq toplanışına qatılmayıb: "Venesuela millisinə Xose Pekerman başçılıq edir. Ramires isə yığmada əsas heyətin oyunçusu olmaq istəyir. O, Kiyevə gəlməyə razılıq verməyərək millidə qalıb.
Anladığım qədər, “Dinamo” müqaviləyə uyğun hərəkət edəcək və Ramires bu cür davranışına görə cərimələnəcək. Həm də kifayət qədər ciddi məbləğdə cərimələnəcək”.
Xatırladaq ki, Erik Ramires ötən yay "Dinamo"ya keçib. Bu mövsüm o, yeddi oyun keçirib və bir qol vurub. Mirağa