"Dinamo" Ramilə görə CAS-a şikayət edəcək

"Dinamo" Ramilə görə CAS-a şikayət edəcək
Moskva "Dinamo"su Azərbaycan millisinin üzvü Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır. 
Paytaxt klubu qərarın əsaslanmasını gözləyir və daha sonra CAS-a müraciət edəcək. "Dinamo" həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.
Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər