Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçisi Mirça Luçesku ilə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə iki illik sözləşməyə imza atılıb.
75 yaşlı Luçesku 2023-cü ilin yayına qədər Kiyev təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, "Dinamo” (Kiyev) Ukrayna Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.
Röya