“Dinamo” derbidən qalib ayrıldı, Mahir Emreli…

“Dinamo” derbidən qalib ayrıldı, Mahir Emreli…

Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Zaqrebin digər təmsilçisi “Lokomotiva” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Emreli də bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

“Dinamo” 19 turdan sonra 45 xalla zirvədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər