"Bizim üçün şərəf, ləyaqət və tarix puldan, kubokdan, medaldan önəmlidi" - Azarkeşlərdən Luçeskuya ultimatum

"Bizim üçün şərəf, ləyaqət və tarix puldan, kubokdan, medaldan önəmlidi" - Azarkeşlərdən Luçeskuya ultimatum
Kiyev "Dinamo"sunun azarkeşləri "WBC | Ultras Dinamo" "Telegram" kanalı vasitəsilə baş məşqçi Mirça Luçeskuya müraciət ediblər.
Fanat.Az xəbər verir ki, fanatlar 74 yaşlı çalışdırıcını fikrindən daşınmaya çağırıblar:
"Kiyev sizi heç vaxt Donetskdəki kimi xoş qarşılamayacaq. Təbii ki, sizin Ukrayna və Rusiyanın bir ölkə olması barədə dediklərinizi də unutmayacağıq. Bizim üçün şərəf, ləyaqət və tarix puldan, kuboklardan, medallardan önəmlidi. Heç vaxt prinsiplərimizi və inanclarımızı güzəştə getməyəcəyik. Komanda tətildən qayıtmamış düzgün seçim etmək və sakitcə dincəlmək üçün zamanınız var. Eyni şey "Dinamo" rəhbərliyinə də aiddi".
Luçesku 23 iyulda "Dinamo"nun baş məşqçisi təyin olunmuşdu. Ötən gün rumın mediası onun azarkeşlərin təzyiqi səbəbindən postundan ayrıldığına dair məlumat yaymışdı. Lakin son xəbərlərə görə, rumıniyalı çalışdırıcı klub prezidenti ilə görüşdükdən sonra komandada qalmaq qərarına gəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər