Dieqo Simeonedən rekord

Dieqo Simeonedən rekord

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya futbolunda tarix yazmağa davam edir. 

Fanat.Az xəbər verir ki, La Liqanın son turunda "Xetafe"yə qalib gələn (4:3) argentinalı 235-ci zəfəri sayəsində İspaniya çempionatları tarixində ən çox qələbə qazanan əcnəbi məşqçi ünvanını ələ keçirib.

Simeone hesabında 234 qələbə olan Ferdinand Dauçiki keçib. La Liqada çalışmış əcnəbi məşqçilərin ilk "5-liy"ini vaxtilə Azərbaycanda "Xəzər Lənkəran"ın baş məşqçisi olan Con Toşak (200), Helenio Herrera (200) və Manuel Pelleqrini (197) tamamlayır.

Təcrübəli mütəxəssisin "Atletiko Madrid" ilə bütün yarışlardakı nəticəsi isə belədir: 562 oyun, 331 qələbə, 131 heç-heçə, 100 məğlubiyyət.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər