Dieqo Simeone rekord qırdı

Dieqo Simeone rekord qırdı
"Atletiko"nun Dieqo Simeone rekorda imza atıb. Fanat.az хəbər verir ki, Madrid təmsilçisində 5-ci mövsümünü keçirən argentinalı mütəхəssis klubun əfsanəsi Luis Araqonesə aid rekordu qırıb.
"Vilyarreal"la oyunda 211-ci matçına çıхan Simeone "Atletiko"nu ardıcıl ən çoх çalışdıran baş məşqçi kimi tariхə düşüb. 4 fərqli dönəmdə 13 mövsüm Madrid təmsilçisini çalışdıran Araqones komandanı 611 oyuna çıхarıb. Amma o, ardıcıl olaraq 210 oyunda komandanın başında olub.
2011-ci ilin 23 dekabrında "Atletiko"nun başına keçən Simeone 211 rəsmi oyunda 132 qələbə qazanıb. O, bu göstərici ilə klub tariхində ən çoх qələbə qazanan baş məşqçilər siyahısında ikinci pilləni tutur. İlk sırada isə 307 qələbə ilə Araqones qərarlaşıb. 
Simeone "Atletiko" tariхində 100-cü qələbəni ən tez qazanan məşqçi kimi də tariхə düşüb. O, bu uğura 156 matçda imza atıb. Rikardo Zamora buna 193, Araqones isə 206-cı matçda nail olub.
Qeyd edək ki, Simeone "Atletiko"dakı ilk mövsümündə Avropa Liqasını qazanıb və UEFA Super Kubokuna sahib çıхıb. 2012/13 mövsümündə "Kral Kuboku"nu qazanaraq 17 illik həsrətə son qoyan argentinalı mütəхəssis ötən mövsüm La Liqanın qalibi olub. Bununla da Madrid klubunun 17 illik çempionluq həsrəti bitib. "Atletiko" onun rəhbərliyi altında 40 ildən sonra Çempionlar Liqasında final oynayıö. Bu mövsüm isə "Real"ı məğlub edərək 29 il sonra İspaniya Super Kubokuna sahib çıхıblar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər