Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürən Antonio Torres seçiləcəyi halda argentinalı futbol əfsanəsini yığmanın sükanı arxasına gətirmək niyyətindədi.
Bu barədə o, özü açıqlama verib. Antonio Torres hətta Maradona ilə ilkin razılıq əldə etdiyini bildirib. Torres prezident seçilsə, Maradona ilə iki illik müqavilə bağlanacaq və qarşısına DÇ-2022-nin finalına çıxmaq vəzifəsi qoyulacaq.
Qeyd edək ki, Maradona hazırda Argentinanın "Ximnasiya Esqrima” klubunu çalışdırır. İspaniya millisinin baş məşqçisi isə Luis Enrikedi.
Fanat.Az