Dieqo Forlan yenə gücünü başqa idman növündə sınayacaq

Dieqo Forlan yenə gücünü başqa idman növündə sınayacaq

"Atletiko Madrid"in və "Mançester Yunayted"in sabiq hücumçusu Dieqo Forlan özünü yenə başqa idman növündə sınayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı ispan jurnalist Qonzalo Ferreyra yayıb.

Xəbərə görə, uruqvaylı futbol veteranı ölkəsində baş tutacaq tennis turnirində nəyə qadir olduğunu göstərməyə çalışacaq. Mənbə Forlanın noyabrın 11-də Uruqvayın paytaxtı Montevidioda start götürəcək və torpaq kortda reallaşacaq yarış üçün qeydiyyatdan keçdiyini açıqlayıb. Onun dünyanın 101-ci raketka ustası Federiko Koriya ilə cüt mübarizə aparacağı bildirilib.

Xatırladaq ki, Forlan əvvəllər də müəyyən tennis turnirlərinə qatılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər