Dibala Ronaldunun rekordunu qırdı - Bu sayda satış olmamışdı

Dibala Ronaldunun rekordunu qırdı - Bu sayda satış olmamışdı

"Roma"nın azad agent qismində heyətinə qatdığı Paulo Dibala paytaxt təmsilçisinə keçdiyi ilk gündə futbolka satışı üzrə rekord qırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Azarkeşlər tərəfindən üzərində Dibalanın adı olan 530 min forma alınıb ki, bu da İtaliya futbolu tarixində ən yüksək göstəricidir.

Öncəki rekord "Yuventus"un sabiq hücumçusu Kriştianu Ronalduya məxsus idi. Turin klubunda olduğu ilk gündə portuqaliyalı superulduzun 500 min futbolkası satılmışdı.

Xatırladaq ki, "Yuventus"dan ayrılan Dibala "Roma" ilə 3 illik müqavilə bağlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər