Dibala hansı İtaliya nəhənginə keçəcək? - SON DURUM

Dibala hansı İtaliya nəhənginə keçəcək? - SON DURUM

Argentina millisinin hücumçusu Paulo Dibala karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Mənbə bu yay "Yuventus"dan azad agent qismində ayrılan forvardın "İnter"lə yanaşı, "qara-göylər"in əzəli rəqibi "Milan"a da maraqlı olduğunu açıqlayıb. Xəbərə görə, "qırmızı-qaralar" futbolçu əməkhaqqı tələbini azaldacağı halda, onunla müqavilə bağlamaqda qərarlıdır.

Xatırladaq ki, Dibala "Yuventus"a 2015-ci ildə "Palermo"dan keçmişdi. 2021/2022 mövsümündə "qoca sinyora"nın formasıyla ümumilikdə 38 matça çıxan argentinalı futbolçu 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər