"Roma"nın hücumçusu Paulo Dibala uzun illər A Seriyasında çıxış etdikdən sonra özünü başqa liqada sınamaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Mənbənin məlumatına görə, argentinalı futbolçunun xidmətləri "Barselona"ya təklif olunub.
Bundan başqa, daha bir İspaniya nəhəngi - "Atletiko Madrid" də Dibala ilə danışıqlara başlayıb. Heç şübhəsiz, bunda Madrid klubunun çalışdırıcısı Dieqo Simeonenin argentinalı olması da əsas rol oynayır.
Dİbalanın xidmətində İngiltərə "Vest Hem"i də maraqlıdır.
Onun "Roma" klubu ilə hazırkı müqaviləsində transfer bəndi var. Qeyri-italyan komandaları üçün futbolçunun transfer məbləği cəmi 12 milyon avrodur.
Mirağa