İtaliya futbolunun canlı əfsanəsi, "Parma" klubunun qapıçısı Canluici Buffon PSJ-də komanda yoldaşı olmuş Anxel Di Mariyanın "Yuventus"a mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "Tuttomercato" 44 yaşlı qolkiperin dediklərini belə çatdırıb:
"Di Mariya mükəmməl futbolçudur. O, A Seriyasına gələsi olsa, İtaliyada Maradona kimi oynayacaq".
Xatırladaq ki, argentinalı futbolçunun bu yay "Yuventus"a keçəcəyi ilə bağlı xəbərlər gündəmdədir.
Emin