PSJ-dən ayrılacağı dəqiqləşən Anxel Di Mariya DÇ-2022-dən sonra milli karyerasını bitirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Argentina millisinin üzvü bu barədə "Mundo Deportivo"ya danışıb:
"Qətərdə keçiriləcək dünya çempionatından sonra milli karyerama son qoyacağam. Hə, gənclərə yer verməyin vaxtıdır. Beynəlxalq səviyyədə özünü yaxşı tərəfdən göstərən gənclərimiz var. Onlar yavaş-yavaş təcrübələrini artırır, ölkəmizi inamla təmsil edə biləcəklərini sərgilədikləri futbolla isbatlayırlar".
34 yaşlı Di Mariya Argentina seçməsində 121 oyuna çıxaraq 24 qol vurub.
Nihat