Di Maria planlarını açıqladı: "PSJ məni saxlamasa..."

Di Maria planlarını açıqladı: "PSJ məni saxlamasa..."

PSJ-nin və Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu Buenos-Ayres radiosunda yayımlanan “Todo Pasa” verilişində planlarını açıqlayıb:

“Milliyə çağrılaramsa, ölkəmi dünya çempionatında ən yaxşı şəkildə təmsil etmək üçün ələmdən gələni əsirgəmərəm. Buna görə Avropada daha bir il oynamağı, sonra Argentinaya qayıtmağı düşünürəm. PSJ-nin qalmağımı istəyib-istəmədiyini bilmirəm. PSJ müqaviləmin müddətini uzatmasa, Avropada hansısa kluba keçmək ehtimalını dəyərləndirəcəyəm”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər