Deyan Blajevski rəsmən "Xəzər Lənkəran"da

Deyan Blajevski rəsmən "Xəzər Lənkəran"da

Topaz Premyer Liqasının ikinci yarısına hazırlığını davam etdirən “Xəzər Lənkəran” daha bir oyunçunu heyətinə cəlb edib. Fanat.az xəbər verir ki, 28 yaşlı Deyan Blajevski ilə 1,5 illik müqavilə imzalanıb.

Hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, Deyan ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.

 

Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, buna qədər cənub təmsilçisi Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu heyətinə qatmışdı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər