Deyan Blajevski "Xəzər Lənkəran"dan gedəcək?

Deyan Blajevski "Xəzər Lənkəran"dan gedəcək?
"Vardar"la anlaşmışam? Bu söhbətdən xəbərim yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri azerisport.az saytına "Xəzər Lənkəran"ın futbolçusu Deyan Blajevski deyib.
Makedoniya mətbuatı onun qışda "Xəzər Lənkəran"dan ayrılaraq "Vardar"a keçəcəyini yazıb. Futbolçu özü isə xəbəri təkzib edib: "Mənim "Xəzər Lənkəran"la dekabra kimi müqaviləm var. Ondan sonra nə olacağını bilmirəm. "Xəzər Lənkəran"la danışacam. Əgər istəsələr qalacam, isəməsələr ayrılacam".
Blajevski son dövrlər Makedoniya millisinə çağırılmamasının səbəbini də açıqlayıb: "Mən baş məşqçimizi başa düşürəm. Axı "Xəzər Lənkəran"da əsas heyətdə oynamıram. Bu da Makedoniya millisinə çağrılmağımda problem yaradı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər