Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

İtaliyanın son çempionu "Napoli" "Lill"in hücumçusu Conatan Devidin transferi ilə bağlı çalışmalara başlayıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb. 

Mənbənin məlumatına görə, yayda klubdan ayrılmağa yaxın olan Viktor Osimheni əvəzləmək üçün Devid neapolluların prioritet namizədidir. Özünü başqa çempionatda sınamaq fürsətini cəlbedici hesab edən kanadalı da artıq transferə razılıq verib. 

"Napoli"nin Devid üçün başlanğıc təklifi 35 milyon avro və bonuslar təşkil edib ki, bu məbləğ hücumçunun performansından asılı olacaq. "Lill" isə öz növbəsində kanadalı forvarda görə təxminən 50 milyon tələb edir.

Onu da əlavə edək ki, Conatan Devid bu mövsüm 39 oyuna çıxıb, 23 qol vurub, 7 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər