Deşam narazıdır: “Onun əldə etdikləri “Qızıl top”a layiqdir”

Deşam narazıdır: “Onun əldə etdikləri “Qızıl top”a layiqdir”

Fransa yığmasının baş məşqçisi Didye Deşam “Qızıl top” üçün səsvermənin nəticələrindən narazı qalıb.

Fanat.Az xəbər verir ki, nüfuzlu mükafatı argentinalı hücumçu Lionel Messi alıb.

İkinci yeri norveçli hücumçu Erlinq Haland tutub, ilk üçlüyü isə Fransa yığmasının hücumçusu Kilian Mbappe tamamlayıb.

Deşamın fikrincə, bu mükafatı Mbappe qazanmalı imiş: “Məncə, Mbappe bu qələbəyə layiq idi. Mən demirəm ki, Messi buna layiq deyildi, Haland da. Mbappe gəncdir, amma illər keçir. Onun əldə etdikləri “Qızıl top”a layiqdir. O, açıq şəkildə məyusdur”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər