Derbi Yusifova, "Xəzər Lənkəran" Əliyevə tapşırıldı

Derbi Yusifova, "Xəzər Lənkəran" Əliyevə tapşırıldı

Topaz Premyer Liqasının XIII turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, cümə günü baş tutacaq "Rəvan" - "Sumqayıt" oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Şənbə günü keçiriləcək AZAL - "Qarabağ" matçını başqa bir FİFA referisi - Rəhim Həsənov idarə edəcək. Günün digər matçında - "İnter" - "Simurq" görüşündə Orxan Məmmədov ədaləti qoruyacaq.

Bazar günü baş tutacaq "Xəzər Lənkəran" - "Qəbələ" görüşünü Vüsal Əliyev, "Neftçi" - "Bakı" matçını Fariz Yusifov idarə edəcək.

8 noyabr

Rəvan - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov.

"Bayıl Arena". Saat 17.00.

9 noyabr

AZAL - Qarabağ

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.

"AZAL Arena". Saat 16.00.

İnter - Simurq

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov.

“Şəfa” stadionu. Saat 17.00.

10 noyabr

Xəzər Lənkəran - Qəbələ

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

Lənkəran şəhər stadionu. Saat 17.00.

Neftçi - Bakı

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev.

"Bakcell Arena". Saat 18.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər