Depay hansı İtaliya klubunu seçəcək?

Depay hansı İtaliya klubunu seçəcək?
"Milan”, "Roma” və "Latsio” Memfis Depay uğrunda mübarizəyə girişib.
Fanat.Az "Calciomercato”ya istinadən xəbər verir ki, niderlandlı futbolçu indiki klubunun  – "Lion”un yeni müqavilə təklifini geri çevirib. 
İtaliya mətbuatı 26 yaşlı Depayın onu 2019-cu ildən istəyən "Milan”a keçməyə daha yaxın olduğunu vurğulayıb.
Hücumçunun Fransa təmsilçisi ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər