Dənizlini "Xəzər Lənkəran"dan nə vaxt gedəcək?

Dənizlini "Xəzər Lənkəran"dan nə vaxt gedəcək?

"Lənkəranda işlərim qaydasındadı. Azərbaycan gözəl ölkədi, hər şeydən razıyam". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türk mütəxəssis "TRT-Spor"a açıqlamasında komandasının hədəflərindən danışıb: "Ən böyük hədəfimiz komanda ilə kuboku qazanmaq və Avropaya vəsiqə almaqdı. Burada bir missiyamız var, onu tamaladıqdan sonra Türkiyəyə dönə bilərəm. Əlbəttə, qarşıdakı illərdə ölkəmə dönüb, bir komanda ilə yenə çempionluq yaşamaq istəyirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər