Dənizli Türkiyədən danışdı: "Yalandı"

Dənizli Türkiyədən danışdı: "Yalandı"

"Mən Türkiyəyə həm şəxsi işimlə bağlı, həm də Mübariz Mənsimovla görüşmək üçün gəlmişəm. Mübariz bəylə görüşümüzdə komandanın gələcəyi müzakirə olundu". Fanat.az xəbər verir ki, bu sözləri futbol11.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.

Ötən gün Dənizlinin istefa verməsi ilə bağlı xəbərlər yayılıb. Hətta onu Mirça Rednikin əvəzləyəcəyi deyilir. Lakin türk mütəxəssis xəbərləri təkzib edib: "Yayılan xəbərlər boş söhbətlərdi. Azərbaycana qayıdıram. Qarşıdakı oyunlara hazırlaşırıq. Mənim istefa verməyim ya Azərbaycana qayıtmayacağımla bağlı məlumatlar həqiqəti əks etdirmir. Yalan informasiyalardı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər